Rusiya prezidenti Vladimir Putinin həbsi üçün Haaqada verilən order ömürlükdür.
Sozcu.az xəbər verir ki, bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib.
"İnsanlar harada olurlarsa olsunlar, qanunun olduğunu başa düşməlidirlər. Müharibə cinayətləri üçün heç bir məhdudiyyət müddəti yoxdur", - o deyib.
Xanın sözlərinə görə, həbs qərarı yalnız Putinin məhkəməyə gətiriləcəyi və hakimlərin işi dayandıracağı halda geri götürülə bilər.
Qeyd edək ki, Haaqa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verib.