"Kreml nahaq yerə Ukraynaya qarşı müharibədə Qərbin yardımının dayandırılacağına ümid edir..."
"Ukraynanın arxasında 50-dən çox ölkədən ibarət çox güclü beynəlxalq koalisiya dayanıb..."
"Co Bayden administrasiyası Ukraynaya tələb olunan qədər yardım etmək niyyətindədir..."
ABŞ-da Ukraynaya yardım daxil edilməyən müvəqqəti büdcənin qalmaqallı qəbulundan sonra Ağ ev yaxın zamanlarda Ukraynaya yeni hərbi yardım paketinin ayrılması barədə elan edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yeni yardım paketi Amerikanın Rusiya təcavüzünə müqavimət göstərən "cəsur ukraynalılara" münasibətdə öz öhdəliklərinə sadiq qalmasını təsdiq etməlidir.
Həmçinin bu, Qərbin Ukraynaya yardımının dayandırılacağına ümid edən Kremlə bir siqnal olmalıdır.
"Bu da bizim Putinə siqnalımız! Prezident Co Bayden 50-dən çox ölkədən ibarət koalisiya yaradıb. O, Ukraynaya dəstək üçün yardım tədqim edib...
Biz Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləmək üçün 140-dan artıq ölkəni birləşdirmişik...
Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya dayanıb. Əgər Putin düşünür ki, bizdən çox tab gətirə bilər, o, yanılır", - Jan-Pyer bəyan edib.
Həmçinin Ağ evin spikeri əmin edib ki, müvəqqəti büdcənin xüsusiyyətlərinə rəğmən, Konqresdə Kiyevə yardıma ikipartiyalı dəstək saxlanılır.
Onun sözlərinə görə, hazırkı administrasiya Ukraynaya "tələb olunan qədər" yardım etmək niyyətindədir.
ABŞ-ın Ukraynaya yardımı nəzərdə tutmayan müvəqqəti büdcəsi
Xəbər verildiyi kimi, ötən şənbə ABŞ Konqresi ölkənin 45 günlük müvəqqəti büdcəsini təsdiq edib, çünki qanunvericilər tam büdcə barədə razılığa gəlməyib.
Müvəqqəti büdcədə Ukraynaya dəstək üçün xərclər nəzərdə tutulmayıb, çünki respublikaçı deputatların bir hissəsi qəti şəkildə müqavimət göstərib.
"Bloomberg" nəşrinin məlumatına görə, bu vəziyyət Ukraynanın digər tərəfdaşlarını əsaslı şəkildə əsəbiləşdirib, onlar ehtiyat edir ki, ABŞ təcridə qərq ola və Ukraynaya yardımı dayandıra bilər.
Yeri gəlmişkən, Avropa siyasətçiləri əmindir ki, onlar Ukraynaya hətta ABŞ olmadan da yardım etməyə hazırdır. Bu barədə Böyük Britaniyanın müdafiə naziri bəyan edib.