ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internətə sızdırılan 100-ə yaxın məxfi sənədində Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı məlumatlar da yer alıb.
Sozcu.az AzPolitika.info-ya istinadən xəbər verir ki, sənədlərdən birində Vladimir Putinin xərçəng xəstəsi olduğu, bunun üçün də davamlı şəkildə kimyaterapiya aldığı bildirilir. Məxfi sənədlərdə Putinin xəstəliyinin hansı mərhələdə olduğuna dair məlumat verilmir.
Xatırladaq ki, uzun müddətdir sosial şəbəkələrdə və beynəlxalq mətbuatda Putinin səhhəti ilə bağlı müxtəlif şayiələr dolaşır. Onun Parkinson və xərçəngdən əziyyət çəkdiyinə dair iddialar var.