“Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək...”
Rusiyanın dövlət və siyasət xadimi, baş nazirin keşmiş müavini, iqtisadçı və yazıçı Alfred Kox İsrailin “9-cu kanal” nəşrində gündəmlə bağlı növbəti maraqlı köşə ilə çıxış edib. Aktuallığını nəzərə alaraq həmin materialın tərcüməsini dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq:
“Rusiyanın hərbi potensialı onun hərbi sənaye kompleksinin imkanları ilə məhdudlaşır.
Şimali Koreya və İran istəsələr də, ona az şey əlavə edə bilərlər, Rusiyanın başqa müttəfiqi isə yoxdur.
Ukraynaya gəlincə, ona kömək edən ölkələrin potensialı qalib gəlmək üçün kifayət qədərdir. Əsas fərq budur: Rusiya istəsə belə, qalib gələ bilməyəcək, çünki onun belə bir imkanı yoxdur. Amma bax, Ukrayna yaxşıca üstünlük əldə edə bilər, sadəcə bunu ABŞ və Avropanın istəməsi lazımdır. .
Zelenski öz istəklərinin əksinə olaraq ordusunun irəliləməsini tələb etməyi dayandırmalıdır. Qoy, ordu müdafiədə oturaraq Putinin hərbi potensialını məhv etsin. Hələlik isə Qərb müttəfiqlərinizlə razı salmağa çalışmaqla məşğul olmaqdan ibarət bu mövqe suqsvanqı (şahmatda istənilən gedişi əlverişsiz nəticə ilə başa çatan mövqe-S.L.) davam edir,.
Qoy Zelenski qələbəyə olan bütün inamını heç bir anlayışı olmadığı hərbi əməliyyatlara rəhbərlik etməyə yox, natiqliyə sərf etsin. Bu vəziyyətdə uğur şansı daha yüksək olacaq.
Obyektiv olaraq Amerika gec-tez başa düşməlidir ki, müharibə bütün dünyaya yayılır, lakin onun mənbəyi heç bir halda "Həmas" və ya "Hizbullah" deyil. Hətta İran da yox. Bütün problemlərin kökü Moskvadadır. İsrailin Qəzzada qalib gəlməsi üçün isə Ukraynaya kifayət qədər silah verilməlidir. Əks halda, indi Yaxın Şərqdə olduğu kimi, bu cür münaqişələrin sonu həmişə səbəblərlə deyil, nəticələrlə mübarizə olacaq. Və əgər Ağ Evdəki indiki administrasiya bunu başa düşmürsə, növbətisi başa düşəcək.
Bir daha: Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək. Bunu Zelenski Qərbə izah etməlidir. Hər halda, bunu etmək kifayət qədər az silahı qalacaq (bu gün Zelenski bunu etməyə çalışır) Putini məğlub etməkdən daha asandır. Həm də bunu etmək daha asandır, çünki bu, həqiqətdir.
Zelenksinin hələ də Qərbi buna inandıra bilməməsi o demək deyil ki, bu cəhddən əl çəkməlidir. Hər halda, başqa variant yoxdur. Buna görə də, anlaşılmazlıq divarı çökənə qədər bu nöqtəyə davamlı çəkic zərbələri enditməliyik. Və o divar gec-tez dağılacaq. Çünki bizim mübarizəmiz ədalətlidir. Düşmən məğlub olacaq və Qələbə bizim olacaq...”
Tərcümə və təqdim etdi:
Sultan Laçın