Türkiyədə ən çox qazanan xanım məşhurlardan olan model Burcu Esmersoy evdən çıxmadan sosial şəbəkə vasitəsi ilə pul qazana bildiyini açıqlayıb.
Bir çox markalar ilə müqaviləsi olan model əvvəl çox çalışdığını indi isə sistemin dəyişdiyini bildirib:
"Artıq evdən çıxmadan da bu işləri edə bilirəm".
Qeyd edək ki, B.Esmersoy sosial şəbəkədə bir paylaşım üçün 200 min lirə məvacib alır.