Priqojin Belarusda deyil - Lukaşenko onun yerini AÇIQLADI

"Yevgeni Priqojin Belarus ərazisində yoxdur".

Sozcu.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib.

"Priqojin hazırda Sankt-Peterburqdadır. Ola bilsin ki, bu səhər Moskvaya gedib. O ki qaldı "Vaqner"çilərə, məndə olan məlumata görə, onlar öz düşərgələrindədir. Həmin düşərgələr ki onlar cəbhədən qayıdanda orada dincəlirdilər", - prezident deyib.

Lukaşenkonun sözlərinə görə, "Vaqner" qruplaşmasının Belarus ərazisinə köçürüləcəyi təqdirdə ölkə üçün heç bir risk yaranmaz.

Share on Facebook