Prezident qoşunları riskə atır, milyardlarla dollar xərcləyir - Harris

Maduronun qəddar, qanunsuz bir diktator olması bu hərəkətin (ABŞ ordusunun Venesuelada əməliyyat keçirməsinin - red.) həm qanunsuz, həm də ağılsız olması faktını dəyişdirmir. Biz bu filmi əvvəllər də görmüşük. Rejim dəyişikliyi və ya neft uğrunda müharibələr güc kimi təqdim edilir, lakin xaosa çevrilir və Amerika ailələri bunun bədəlini ödəyir.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris özünün X səhifəsində yazıb.

“Bu, narkotik və ya demokratiya ilə bağlı deyil. Söhbət neft və Donald Trampın regional güc rolunu oynamaq istəyi ilə bağlıdır. Əgər o, hər ikisinə əhəmiyyət versəydi, Maduronun yaxınları ilə sövdələşmələr apararkən məhkum edilmiş narkotik qaçaqmalçısını əfv etməz və ya Venesuelanın qanuni müxalifətini kənara qoymazdı.

Prezident qoşunları riskə atır, milyardlarla dollar xərcləyir, regionu qeyri-sabitləşdirir. Amerikanın işləyən ailələr üçün xərcləri azaltmaq, qanunun aliliyini təmin etmək, ittifaqları gücləndirmək və ən əsası Amerika xalqını birinci yerə qoymaq prioritetləri olan liderliyə ehtiyacı var”, - Harris qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelanın paytaxtı Karakasa zərbələr endirib və ölkə Prezidenti Maduro və onun həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Share on Facebook