Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd “MiQ-29” qırıcı təyyarəsi tədarük edəcək.
Bunu bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı Polşa Prezidenti Andjey Duda bəyan edib.
Polşa lideri vurğulayıb ki, hazırda ölkəsinin Silahlı Qüvvələrinin anbarlarında 10-dan çox belə qırıcı təyyarə var: “Yaxın bir neçə gün ərzində biz tam istismara yararlı dörd ədəd təyyarəni Ukraynaya göndərəcəyik”.
Duda onu da əlavə edib ki, digər qırıcı təyyarələrə hazırda texniki xidmət göstərilir, onlar da istifadə üçün hazırlanaraq təhvil veriləcək.