"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Tottenhem"lə heç-heçədən (0:0, ilk matç - 1:0)) sonra komandasının 1/4 finala yüksəlməsini şərh edib.
Sozcu.az xəbər verir ki, o deyib: “Biz əla oyun nümayiş etdirdik və bu görüşdə qol vura bilərdik. İki oyunu necə keçirdiyimizi nəzərə alsaq, 1/4 finala layiqik. “Milan” bunu addım-addım atmalıdır. Əvvəlcə keçən il bacarmadığımız qrupdan çıxmaq, sonra 1/8 finala yüksəlmək vacib idi. İndi püşkatmanı gözləyirik və yenə bütün gücümüzü çempionata sərf edəcəyik".
Mütəxəssis bildirib ki, Çempionlar Liqasında oynamaq "Milan" üçün çox vacibdir: "Bu, bizim səylərimizin mükafatıdır. Ya Çempionlar Liqasının qalibi olmalıyıq, ya da ölkə çempionatını ilk 4-lükdə bitirməliyik. Ona görə də dərhal çempionat haqqında düşünməliyik”.