“Ukrayna Silahlı Qüvvələri Krıma gedən quru yolu yararsız hala salmağa çalışır”.
Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusu hazırda Zaporojye istiqamətində ciddi əks-hücum əməliyyatları keçirmək niyyətindədir.
Qeyd edilib ki, əməliyyat uğurlu başlasa, 2-3 həftə davam edə bilər. Bunun da Ukrayna üçün ciddi sınaq olacağı bildirilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.