Pentaqon əmindir ki, ən yaxşı halda F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi bir neçə ay çəkə bilər.
Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.
“Heç bir halda biz F-16-ları Ukrayna Hərbi Hava Qüvvələrinə bir neçə aydan tez vaxtda təhvil verməyə hazırlaşmırıq”, - Kendall bildirib.