Penaltisiz 70 qol və çempionluq

İspaniya La Liqasında 2022/2023 mövsümünün qalibi olan "Barselona" tarixi uğura imza atıb.

Sozcu.az "Opta"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi penaltisiz çempion olub. Bu, La Liqa tarixində indiyədək cəmi 3 dəfə olub. "Barselona"dan əvvəl 1930/1931 mövsümündə "Atletik Bilbao", 1940/1941 mövsümündə "Atletiko Madrid" və 1941/1942 mövsümündə "Valensiya" penalti vurmadan İspaniya çempionu olub. .

Xavinin komandası mövsüm ərzində iki dəfə penalti hüququ qazanıb və heç biri qolla nəticələnməyib. Komanda mövsüm ərzində 70 qol vurub. Onlardan 65-i oyun epizodunda, 5-i isə standart vəziyyətdən vurulub.

Share on Facebook