“Bölgəmizdəki problemlərin kökündə Fələstin məsələsi dayanır. Bu məsələ ədalətli həll edilmədikcə, bölgəmiz sülhə can atmağa davam edəcək. Paytaxtı Qüds olan Fələstin dövləti indi mütləqdir”.
Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mor Efrem Süryani Qədim Ortodoks Kilsəsinin Açılış Mərasimində deyib.
Onun sözlərinə görə, Balkanlarda qardaşlarımıza qarşı ayrı-seçkilik davam edir. Prezident qeyd edib ki, bu günə qədər 113-ü Asur icmasına aid olmaqla cəmi 1084 mülk icma fondları adına rəsmiləşdirilib. Biz müxtəlif inanc qruplarına qarşı ayrıseçkiliyə yol vermirik.
“Bölgəmizdəki problemlərin kökündə Fələstin məsələsi dayanır. Bu məsələ ədalətli həll olunmasa, bölgəmiz sülhə can atacaq. Yaxın Şərqə davamlı sülh ancaq Fələstin-İsrail probleminin yekun həlli ilə gələ bilər. Paytaxtı Qüds olan Fələstin dövlətinin mövcudluğu indi mütləqdir. Yanğına benzin tökmək heç kimə xeyir gətirmir” -deyə Ərdoğan bildirib.