Paşinyan: Sülhməramlılar missiyasını yerinə yetirmir

Rusiya sülhməramlıları üçtərəfli bəyannamənin bəndinə uyğun olaraq missiyanı yerinə yetirmirlər.

Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində deyib.

"Mən faktiki olaraq "Rusiyanın sülhməramlı qüvvələri üçtərəfli bəyannamədə onlara həvalə edilmiş missiyanı yerinə yetirmirlər" ifadəsi ilə razılaşmaqdan başqa, buna qiymət verə bilmərəm. Əslində Rusiya sülhməramlılarının Qarabağda olmasının əsas məqsədlərindən biri vətəndaş cəmiyyətinin, mülki əhalinin təhlükəsizliyidir. Bu halda təhlükəsizlik, o cümlədən sərbəst hərəkət hüququ təmin olunmur və bu, həqiqətən həyəcanverici bir faktdır".

Share on Facebook