Paşinyan sərhədin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaratdı

Ermənistanda Azərbaycanla sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaradılıb.

Sozcu.az News.am-a istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

“Sərhədin müvafiq hissələrinin Bağanis - Bağanis Ayrum, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrumlı və Berkaber - Qızıl Hacılı qəsəbələri, ölçmələr nəticəsində koordinatların dəqiqləşdirilməsi və müvafiq Protokol-təsvir layihəsinin tərtib edilməsi məqsədilə Azərbaycan Respublikası arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaradılsın”, - qərarda deyilir.

Qeyd olunur ki, 9 nəfərdən ibarət işçi qrupuna Marz qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.

Share on Facebook