Paşinyan separatçıların "nümayəndəliyini" ləğv etməsə...

Qarabağ separatçılarının Ermənistandakı "nümayəndəliyinin" hədəfində həm Ermənistan hökuməti, həm də Azərbaycan var.

Sozcu.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyinin” fəaliyyətini davam etdirməsi vacib məsələlərdəndir.  

"Həmin “nümayənədlikdə” təxribaçı açıqlamalar verilir, toplantılar keçirilir. “Nümayəndəlikdə” toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır. Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvarın ayının əvvəlində qapatmağı planlaşdırır. Radikal müxalifət Qarabağ klanı ilə birgə buna mane olmağa çalışacaq. Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyinin” fəaliyyətini qadağan etməsə, bu, Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək",- politoloq vurğulayıb.

Share on Facebook