Paşinyan: Ermənistan Aİ üzvü olmalıdır

Ermənistan hökuməti açıq şəkildə Ermənistanın Avropa İttifaqının tamhüquqlu üzvü olmasını istəyir və Aİ standartlarına cavab verən bir ölkə olmaq yolundadır.

Sozcu.az xəbər verir ki, bunu Nikol Paşinyan "Ermənistan və Dünya Risklər və Fürsətlərin Kəsişməsində" təhlükəsizlik forumunda vurğulayıb.

Baş nazir ötən il Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanunun qəbul edilməsini çox əlamətdar hadisə adlandırıb. O, Ermənistan hökumətinin mövqeyini vurğulayıb.

"Aİ-nin tamhüquqlu üzvü olmaq istəyirikmi? Bəli, mütləq və qeyd-şərtsiz. Bunu necə təsəvvür edirik? Heç bir ölkə geosiyasi və ya digər məqsədəuyğunluq səbəblərindən Aİ-yə qəbul edilmir. Bunun baş verməsi üçün çox vacib və zəruri şərt var: ölkə obyektiv olaraq Aİ standartlarına, ən azı 97, 98, 99 faiz cavab verməlidir. Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına cavab verən bir ölkəyə çevirmək yolunu çox qətiyyətlə və aydın şəkildə izləməliyik"

Paşinyan əlavə edib ki, bu baş verdikdə siyasi qərar üçün vaxt gələcək.

Baş nazirin sözlərinə görə, Aİ genişlənməyi dayandırmaq qərarına gələ bilər, amma bunun əksi də baş verə bilər. Baş nazir bildirib ki, "Standartlara cavab verəndə iki seçimimiz olacaq: ya Aİ-yə qəbul olunacağıq, ya da olmayacağıq".

Paşinyanın sözlərinə görə, Ermənistan hər iki ssenaridə faydalanır: bir halda o, Aİ-nin tamhüquqlu üzvü olacaq, digər halda isə üzv olmayacaq, Avropa standartlarına cavab verən müasir dövlətə çevriləcək.

“Növbəti nüans ondan ibarətdir ki, biz eyni zamanda Aİ və Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) üzvü ola bilməyəcəyimizi başa düşürük. Lakin indi fərqli bir reallıq ortaya çıxır: Aİİ-yə üzvlük də daxil olmaqla, hər iki yol üçün hələ də yer var. Və bu gün biz bu məkandayıq. Biz açıq şəkildə bildiririk ki, bu yolu gedirik. Biz Aİİ-in üzvüyük, bu o deməkdir ki, bu məsələdə heç bir uyğunsuzluq yoxdur. Buna görə də, uyğunluq mümkün olduğu müddətcə, Aİİ-in üzvü olaraq qalacağıq. Uyğunluq mümkün olmadıqda, Ermənistan vətəndaşları ilə birlikdə, Ermənistan Respublikası xalqının iradəsinin sərbəst ifadəsinə əsaslanaraq qərar verəcəyik”, - deyə Baş nazir vurğulayıb.

Share on Facebook