"Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar gələn həftə Vaşinqtonda keçiriləcək".
Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O qeyd edib ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq və tezliklə sülh müqaviləsi imzalamaq niyyəti ilə gedəcək.
"İrəvan da delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib, artıq bu məsələdə razılıq var. Ermənistan da suverenlik, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regionda mümkün qədər tez kommunikasiya və iqtisadi əlaqələrin blokunu açmağa hazırdır", - Paşinyan əlavə edib.