Paşinyan Bakının tələbini qəbul etdi: Rəsmi müraciət olacaq

“Ermənistan Mins qrupunun ləğvi ilə bağlı ATƏT-ə mürcət etməyi nəzərdən keçirir”.

Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş nazir administrasiyasının mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.

O, Baş nazir Nikol Paşinyanın Mins qrupunun ləğvini daha məqsədəuyğun hesab etdiyini bildirib:

“Baş nazir ötən il dekabrın 19-da “Armepress”ə müsahibəsində deyib ki, əgər münaqişə yoxdursa, onun həlli üçün formatın mövcudluğuna da ehtiyac qalmır. Lakin İrəvan Bakının da məsələyə eyni məntiqlə yanaşıb-yanaşmadığından əmin olmaq istəyir. Ermənistan Azərbaycanın ərazi bütövlüyün birmənalı şəkildə tanıyır”.

Xatırladaq ki, Nikol Paşinyan daha öncə Mins qrupunun ləğvi ilə bağlı təklif irəli sürdüyünü açıqlayıb.

Qeyd edək ki, Azərbaycan dəfələrlə sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərindən birinin ATƏT-in Mins qrupunun ləğv edilməsi olduğunu vurğulayıb.

Share on Facebook