Ukraynadakı müharibə ABŞ-ın hərbi-sənaye kompleksini gücləndirib.
Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
O bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinin istehsal gücünün genişləndirilməsinin zəruriliyini göstərib:
“Kiyevə kömək etmək üçün göndərdiyimiz silahlar Amerikada Texasdan Ohayoya və Arizonaya kimi ölkənin hər yerində amerikalı işçilər tərəfindən hazırlanır”.