“Tarixi ədalətdən danışaraq bütün qonşularımıza qarşı ərazi iddiası irəli sürməyimiz nə dərəcədə məntiqlidir?”
Sozcu.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan deyib.
Deputat bildirib ki, 3 milyonluq Ermənistanın bu kimi addımları doğru deyil:
“Müstəqillik Bəyannaməsi və Ermənistanın Konstitusiyanın dəyişdirilməsi məsələsində ilk növbədə özümüzlə müzakirə aparmalı, vəziyyəti dərk etməliyik. Bir anlıq özümüzə kənardan baxaq, Azərbaycan, İran, Türkiyə, Gürcüstanla qonşuluq münasibətlərimizi indiki kimi davam etdirməyimiz nə dərəcədə xeyrimizədir? Gələcək nəsilləri Qarabağı geri qaytarmaq arzusu ilə böyütməməliyik. Tutaq ki, bu baş verdi, sonra nə olacaq? Azərbaycan güclənəcək və beynəlxalq mexanizmə uyğun öz ərazilərini yenidən geri alacaq. Nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsi Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanımayıb”.