Orban Moskvaya təsdiqimiz olmadan gedib - Merz

Macarıstanın Baş naziri Viktor Orban danışıqlar üçün Avropa mandatı və ya AB liderlərinin təsdiqi olmadan Moskvaya səfər edib.

Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Berlində Sloveniyanın Baş naziri Robert Qolobla birgə mətbuat konfransında deyib.

“Orbanın mövqeyi bizə çoxdan məlumdur. Bu, onun Moskvaya ilk səfəri deyil”, - o bildirib.

Merz qeyd edib ki, Orban artıq 2024-cü ildə Avropa Şurasına sədrliyi dövründə Moskvaya səfər edib:

“O, ora Avropa mandatı və ya bizim təsdiqimiz olmadan gedir. Amma burada yeni bir şey yoxdur, onun bu müharibəni bitirməklə bağlı öz fikirləri var. Bu ideyalar hələ də gerçəkləşməyib”.

Share on Facebook