Onlar Trampın şam yeməyindən imtina etdi

Amerikanın keçmiş liderləri Bill Klinton, Corc Buş və Barak Obama yanvarın 20-də Donald Trampın inauqurasiya şam yeməyində iştirak etməyəcək.

Sozcu.az xəbər verir ki, bu barədə NBC mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Obama və Klinton artıq şam yeməyinə dəvət alıb, lakin iştirak etməyi planlaşdırmırlar:

“Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da tədbirə qatılmaqdan imtina edib”.

Buşun nümayəndələri isə qeyd ediblər ki, keçmiş liderin dəvət almasından xəbərsizdirlər.

Share on Facebook