ABŞ ordusu Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində quru hədəflərinə zərbələr endirməyə başlayacaq.
Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Antikartel əməliyyatının başlamasından bəri dəniz yolu ilə ABŞ-a narkotik daşınmasının həcmi 94% azalıb. Eyni prosesi quruda da başlayacağıq.
Çünki hər marşrutu, hər binanı, harada yaşadıqlarını bilirik. Onlar haqqında hər şeyi bilirik", - Tramp bildirib.
