"Ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm xəbərlər daxil olmaqdadır..."

"Bizə çox çətindir, Rusiya özündən sonra minlərlə mina və sıx minalanmış sahələr qoyub gedir..."

"Ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm xəbərlər daxil olmaqdadır..."

Zelenski Ukraynanın hücumu barədə sadə olmayan suala birbaşa cavab verib

Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Ukrayna Silahlı Qüvvələri hər gün bir neçə istiqamətdə irəliyə gedir. 

Moderator.az xəbər verir ki, bu barədə o, Finlandiyanın baş naziri Petteri Orpo ilə birgə brifinqdə məlumat verib.

Tədbirdə iştirak edən jurnalist sual edib: "Ukraynanın soyuqlar düşənədək hücumunu sürətləndirməyə dəyməzmi?"

Vladimir Zelenski bəyan edib ki, Ukrayna qarşısında ağır vəzifə dayanır. Ukraynalı döyüşçülər ərazilərimizin rusiyalılardan imkan daxilində tez bir zamanda azad etmək üzərində işləyir.

"Əkshücuma gəldikdə, nəticələrə baxacağıq. Mən xalqımıza, müdafiə Qüvvələrimizə və Ukrayna Silahlı Qüvvələrinə inanıram.

Bacardığımız qədər çalışırıq, imkan daxilində tez bir zamanda şəhər və kəndlərimizi azad etmək üzərində işləyirik. Çətin vəzifədir", - o, deyib.

"Bizə çox çətindir, minlərlə minalar var, çox sıx minalanma mövcuddur. Bu, Rusiyanın özündən sonra qoyub getdikləridir.

Mənə hər gün hərbçilərin etdiyi məruzələrdə başlıca meyl bizim daima irəliyə getməyimizdən ibarətdir.

Bəli, biz az-az irəliləyirik, lakin bununla yanaşı istiqamətimiz doğrudur", - Ukraynanın dövlət başçısı vurğulayıb.

Son zamanlar Qərbin aparıcı mediası müntəzəm olaraq Ukrayna Silahlı Qüvvələrin "asta" hücumu barədə materiallar dərc edir. 

Onlar bir qayda olaraq "anonim Qərb məmurlarına", "Ağ evin adının açıqlanmadığı nümayəndələrinə", "hökumətə yaxın adamlara" istinad edir.

Bu materiallarda Ukrayna Silahlı Qüvvələrinin hücumunun "ləngiməsindən", "düzgün olmayan taktikasından", hətta "iflasa uğramasından" bəhs edilir.

Bununla yanaşı, ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm olaraq xəbərlər daxil olur. 

Məsələn, dünən bəlli olub ki, Ukrayna qoşunları Zalorojye vilayətində Melitopol istiqamətində Rabotino kəndinə daxil olub. Ötən həftə Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Urojaynoye kəndini azad edib.

USQ Baş Qərargahının bu günkü məlumatında deyilir ki, Ukrayna qoşunları Baxmut və Melitopol istiqamətlərində "hücum əməliyyatlarını davam etdirir".

Ukraynada müharibə - bunları bilmək vacibdir

İyunun əvvəlində Vladimir Zelenski təsdiq edib ki, Ukraynanın əkshücumu başlanıb. Döyüşçülərimiz ölkənin cənubu və şərqində uğurlar əldə edib.

Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Sallivan qeyd edib ki, ukraynalı döyüşçülər öz ərazilərini "metodiki, sistemli şəkildə" azad edir. Qeyd etmək lazımdır ki, bir sıra Qərb dövlətləri, o cümlədən ABŞ Ukraynaya tələb olunanadək dəstək göstərməyi vəd edib.

Share on Facebook