O, spiker olsa da, olmasa da, Ukraynaya yardım təsdiqlənəcək

Ağ Ev Konqresin Nümayəndələr Palatasının sədri Kevin Makkarti olsa da, olmasa da, Ukraynaya yeni yardımın təsdiqləyəcəyinə əmindir.

Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Biz bilirik ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya əlavə yardımı dəstəkləyir və biz onların bu barədə mövqeyini, o cümlədən spiker Makkartinin bəyanatlarını bilirik və yüksək qiymətləndiririk. Bugünkü çağırışdan da göründüyü kimi, dünya bunu izləyir", - Kirbi deyib.

Qeyd edək ki, Makkarti Ukraynaya yardımın əleyhinə çıxış edir.

Share on Facebook