"Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq" - RƏSMİ

Hər ay sosial ödənişlərin köçürülməsi tarixi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir.  Bildiyiniz kimi, həmin qrafik əsasında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesablarına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də hər hansı bir gecikmə olmayıb və yoxdur. 

Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq DSMF sözçüsü Rəşad Mehdili bildirib.

O qeyd edib ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri noyabr ayının 15-də yekunlaşdırılıb. Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. 

"Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq. Növbəti günlərdə isə ünvanlı dövlət sosial yardımının ödənilərək yekunlaşdırılması nəzərdə tutulub", - sözçü vurğulayıb. 

Share on Facebook