Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.
Sozcu.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.
Qeyd edək ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl su anbarı ətrafında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarında tapılıb.