Nigeriyada məsciddə partlayış: 11 nəfər öldü

Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub.

Sozcu.az xəbər verir ki, partlayış Gezava bölgəsində sübh namazı vaxtı baş verib.

Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisənin başvermə səbəbi araşdırılır.

Share on Facebook