"Niderland və Danimarka F-16-ların Ukraynaya çatdırılmasına yaşıl işıq yandırdılar" - Reznikov

Niderland və Danimarka ukraynalı pilotların təlimlərini başa vurmasından sonra F-16 qırıcılarının tədarükü üçün yaşıl işıq yandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.

"ABŞ-dakı dostlarımızdan gözəl xəbər! Pilotlarımız təlimlərini başa vurduqdan sonra Niderland və Danimarka Ukraynaya F-16 qırıcılarını tədarük etmək üçün yaşıl işıq yandırdılar. Ukrayna mümkünsüzün mümkün olduğunu sübut etdi. Ordumuz sübut etdi ki, onlar sürətli öyrənə bilirlər", - deyə Reznikov bildirib.

Müdafiə naziri deyib ki, tezliklə Ukraynanın qələbəsinin qaçılmaz olduğu sübut olunacaq.

"ABŞ, Niderland və Danimarkadakı bütün tərəfdaşlarımıza və dostlarımıza təşəkkür edirik", - deyə nazir qeyd edib.

Share on Facebook