Neymar gölməçəyə görə 3,3 milyon dollar cərimələndi

PSJ və Braziliya millisinin hücumçusu Neymar Manqaratiba şəhərindəki mülkündə süni gölməçə və üzgüçülük sahəsi tikdiyi üçün 16 milyon real (3,3 milyon dollardan çox) cərimələnib.

Sozcu.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, yerli prokurorluq futbolçunu iş üçün lazımi ekoloji nəzarətin olmamasında ittiham edib. O, həmçinin “torpağı qazıb daşımaqda” və “bitki örtüyünü məhv etməkdə” ittiham olunur.

Share on Facebook