İspaniyanın sosial hüquqlar naziri vəzifəsini icra edən İone Bellara İsraili Qəzza zolağında soyqırıma cəhddə ittiham edib.
Sozcu.az xəbər verir ki, o çıxışında həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə etməyə çağırıb.
“İsrail Qəzza zolağında planlı soyqırım həyata keçirir, yüz minlərlə insanı su və işıqsız qoyur və heç bir təhlükəsizlik zəmanəti olmadan onların təxliyəsini tələb edir”, – deyə Bellara vurğulayıb.