Avrozonada və ABŞ-da iqtisadi göstəricilərin açıqlanması ərəfəsində dünya bazarında neftin qiyməti artıb.
“Brent” markalı neftin iyul füçersləri 0,45 % bahalaşaraq 75,56 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,44 % artaraq 1 bareli 71,42 ABŞ dolları təşkil edib.
Neft bazarı qiymətlərə təsir edə biləcək bir sıra iqtisadi göstəricilərin açıqlanmasını gözləyir. Belə ki, bu gün “Eurostat” Avrozonada I rüb üzrə ÜDM-in həcmi ilə bağlı proqnozunu dərc edəcək. Bundan başqa, bu gün ABŞ-da aprel ayı üzrə sənaye istehsalı ilə bağlı məlumatlar açıqlanacaq. Analitiklər göstəricinin əvvəlki ayla müqayisədə dəyişməyəcəyini proqnozlaşdırırlar.