"Nə qədər ki, Putin sağdır, bu, davam edəcək"

"Bu gün Ukrayna hava hücumundan müdafiə sistemlərinin Rusiya üzərində qələbəsi günüdür..."

"HHM qüvvə və vasitələrilə bütün raketlər məhv edilib, yüzlərlə, bəlkə də minlərlə Kiyev sakininin həyatı xilas edilib..."

Ukraynanın paytaxtı Kiyev bazar günü səhər raket atəşinə məruz qalıb.

Sozcu.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko özünün "Telegram-kanal"ında şəhərin mərkəzində partlayışlar haqqında yazıb və kiyevliləri sığınacaqlarda qalmağa çağırış edib.

Obolonsk rayonunda raketin qalıqları yolun hərəkət hissəsinə düşüb. Podolsk rayonunda (bu, şəhərin mərkəzidir) qalıqların düşməsi nəticəsində ikimərtəbəli binanın damı yanmağa başlayıb. Yanğın lokallaşdırılıb. Bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bir müddətdən sonra Desnyansk rayonunda (paytaxtın sol sahil hissəsidir) partlayışıar baş verib.

Kliçkonun dərc etdiyi fotoşəkildə Rusiyanın döyüş sursatının yolun hərəkət hissəsinə düşməsi görünür. Xilasetmə-yanğın xidmətləri raketlərin alışan qalıqlarını söndürməklə məşğuldur, o, şərh edib.

"Bu gün Ukrayna HHM-nin Rusiya üzərində qələbəsi günüdür", - bunu Kiyevdə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşşenko deyib.

O, güman edib ki, Rusiya Ukraynaya "İsgəndər" və "Kinjal" ballistik raketlər buraxıb, onlar müttəfiqlərimizin verdiyi "böyük hündürlükdə Qərbin müasir HHM vasitələri ilə" vurulub.

"Bu gün Kiyevin yüzlərlə, bəlkə də minlərlə sakinlərinin həyatı xilas edilib", - Geraşşenko qeyd edib.

Müxbirin rusiyalıların Kiyevə hücumlarının nə qədər davam edəcəyi barədə sualına cavabında ukraynalı məmur əmin edib: "Nə qədər ki, Putin sağdır, bu, davam edəcək".

"Müharibənin başa çatdırılmasının ən yaxşı yolu Putinin fiziki cəhətdən aradan götürülməsidir", - o, əlavə edib.

USQ Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib ki, Rusiya Ukraynaya "İsgəndər" operativ-taktiki raket kompleksləri ilə hücum edib.

"Ballistik trayektoriya ilə uçan raketlərdən istifadə edilib, onlar kifayət qədər tez uçub gəlir. İlkin məlumata görə, bunlar "İsgəndər"lər olub.

Onlar müxtəlif modifikasiyadadır. "İsgəndər-M" ballistik, "İsgəndər-K" qanadlı raketdir. Hansı növ silahın  istifadə edilməsi barədə sonradan məlumat veriləcək", - İqnat məlumat verib.

Bu zaman spiker istisna etməyib ki, rusiyalılar ballistik trayektoriya ilə uçan C-300 və C-400 zenit raketlərini tətbiq edə bilərdi. İqnatın sözlərinə görə, Rusiya Kiyevə şimal istiqamətindən hücum edib.

"Haradan hücum edilməsi  barədə sonradan məlumat veriləcək. C-300 də, C-400 də, "İsgəndər"lər də yerdə olan komplekslərdir...Bu dəfə yerüstü qurğulardan zərbələr endirilə bilərdi", - o, əlavə edib.

Sonradan USQ Baş komandanı Valeri Zalujnı "Telegram-kanal"da məlumat verib ki, HHM sistemləri vasitəsilə Rusiyanın bütün raketləri vurulub.

"Şimal istiqamətdən cəmi 11 "İsgəndər-M" və "İsgəndər-K" raket buraxılıb. Hava hücumundan müdafiə sistemlərinin qüvvə və vasitələrilə bütün hədəflər məhv edilib", - Zalujnı deyib.

Share on Facebook