ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə cəhdində ittiham olunur.
Sozcu.az xəbər verir ki, NBC-nin yerli prokuror Faney Uillisin yaydığı sənədə istinadən verdiyi məlumata görə, Corciya ştatında ittiham aktı açıqlanıb.
Tramp və digər müttəhimlər avqustun 25-dən gec olmayaraq polisə təslim olmalı və həbs-qəti imkan tədbirini təyin edəcək hakim qarşısına çıxmalıdırlar. Görüş canlı yayımlanacaq.
Dövlət Böyük Münsiflər Heyətinin ittihamın lehinə səs verdiyi bildirilir. İttiham aktında saxtakarlıq və saxta sənədlərin təqdim edilməsi də daxil olmaqla 13 maddə var. Trampdan başqa, onun keçmiş vəkili Rudi Culiani də daxil olmaqla 18 nəfər müttəhimdir.
Bundan əvvəl Tramp məxfi sənədlərin düzgün saxlanmaması, keçmiş pornoqrafik aktrisa Stormi Danielsin ödənişində dələduzluqda ittiham olunub. O, həmçinin Kapitoliya hücumu ilə bağlı məhkəməyə çağırılıb.