Nazir müavinindən hicablı qadınlar haqda şok sözlər

İtaliya baş nazirinin müavini Matteo Salvininin Sardiniya adasında keçiriləcək seçkilər öncəsi hicabla bağlı sözləri sərt reaksiyalara səbəb olub. 

Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, nazir müavini deyib ki, çadralı qadınlar Sardiniyadan uzaq durmalıdır. 

Baş nazirin müavini və İnfrastruktur naziri olan Matteo Salvini çıxışı zamanı sol partiyaları və özünün “kommunist” adlandırdığı qrupu tənqid edib: 

"Mən balaca olanda, həqiqətən də, Kommunist Partiyası var idi. Amma o, fəhlələrin qayğısına qalırdı, balıqçılarla, müqaviləsiz işçilərlə, ustalarla məşğul olurdu. Berlinquerin Kommunist Partiyası ciddi idi, ciddi problemlərlə maraqlanırdı, baş örtüyü ilə deyil. Mənim evimdə İslam baş örtüyü tərəqqi əlaməti deyil. Hicablı qadınlar Sardiniyadan uzaq durmalıdır”. 

Salvininin sözləri salonda alqışlarla qarşılansa da, sosial mediada sərt reaksiya ilə üzləşib. 

Nazir müavininə ən sərt cavab onun öz xalqından gəlib. Şərhlərdə xatırladılıb ki, Sardiniyanın yerli əhalisi bu gün də öz ənənəvi geyimlərində baş örtüyündən istifadə edir. 

Salvininin sözlərinə ibadət azadlığına qarşı olduqları və diqqəti Sardiniya adasının real problemlərindən yayındırdıqları əsası ilə reaksiyalar da olub. 

Share on Facebook