“Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı islah koloniyasının əməkdaşları bildiriblər ki, Aleksey Navalnı artıq orda deyil”.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili məlumat yayıb.
“Onlar onun hara köçürüldüyünü söyləməkdən imtina edirlər”, - Navalnının mətbuat katibi Kira Yarmış bildirib.
Siyasətçinin nümayəndəsi onu da bildirib ki, Vladimir vilayətindəki 7 saylı cəzaçəkmə müəssisəsində, xüsusi rejimli koloniyada da vəkilə Navalnının orada olmadığı bildirilib:
“Cümə günü və bu gün nə İK-6, nə də İK-7 cavab verməyib. Aydındır ki, indi əmr verilib. Alekseyin harada olduğu hələ məlum deyil”.
Xatırladaq ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.