Navalnının anasından ŞOK: “Məni gizli dəfnə məcbur edirlər”

Navalnının anası oğlunun gizli dəfninə razılıq verməyə məcbur edilir.

Sozcu.az xəbər verir ki, bu barədə Aleksey Navalnının anası Lyudmila Navalnaya oğluna məxsus YouTube kanalında yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, müstəntiqlər siyasətçini gizli dəfn etmək istəyirlər. Alekseyin harada, nə vaxt və necə dəfn ediləcəyi ilə bağlı şərtlər irəli sürürlər:

“Onlara ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmr gəlir. Onlar dəfnin gizli, vidalaşma olmadan həyata keçirilməsini istəyirlər. Məni qəbiristanlığa aparıb “oğlun buradadır” demək niyyətindədirlər. Mən bununla razı deyiləm”, – Lyudmila Navalnaya vurğulayıb.

Lyudmilanın sözlərinə görə, ona deyiblər ki, Navalnının gizli dəfninə razılıq verməsə, cəsədlə nəsə edəcəklər:

“Müstəntiq Varapayev mənə açıq şəkildə dedi ki, vaxt bizim tərəfimizdə deyil, meyit çürüyür.”

Share on Facebook