ABŞ-ın Nyu-Cersi ştatında yerləşən məscidlərdən birində namaz qılan şəxsə bıçaqla hücum edilib.
Kimliyi açıqlanmayan dindar səcdədə olarkən, onun kürəyinə bir neçə bıçaq zərbəsi endirilib.
Hücum edən 32 yaşlı Serif Zobra adlı cinayətkarın əvvələr adam öldürməyə cəhddə ittiham olduğunu bildirilib. Polis hadisənin motivini araşdırır.
Telekanalın məlumatına görə, Zobra hücumdan əvvəl bir neçə dəfə məscidə baş çəkib. Bıçaqlanan şəxsin hazırda xəstəxanada müalicə aldığı qeyd olunub.