"Müharibə Rusiya qoşunlarının Ukraynanın ərazilərindən çıxarılması ilə bitməlidir"

"İstənilən ərazi güzəşti nəticəsində bir çox ölkələrin ərazi bütövlüyü dərhal təhlükə altına düşəcək, çünki "Rusiyanın uğuru" təcavüzkarın gözləri önündə canlanacaq..."

Zelenski Rusiya ilə danışıqların başlaması üçün yeganə şərtini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Ukrayna istənilən ölkənin sülh təşəbbüslərinə açıqdır, amma bu təşəbbüslər Rusiya qoşunlarının Ukraynanın suveren ərazilərindən tamamilə çıxarılmasına əsaslanmalıdır.

Sozcu.az xəbər verir ki, bu barədə o, Reuters NEXT konfransında bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.

O, bəyan edib ki, Ukrayna təcavüzün qurbanı kimi nədən hansısa güzəştlərə getməli olduğunu anlamır.

O, əmindir ki, istənilən ərazi güzəşti o demək olacaq ki, bir çox başqa ölkələrin ərazi bütövlüyü dərhal təhlükə altına düşəcək, çünki "Rusiyanın uğuru" təcavüzkarların gözləri qarşısında canlanacaq.

Zelenski iddia edir ki, müharibə Rusiya qoşunlarının Ukraynanın bütün ərazilərindən çıxarılması ilə bitməlidir.

"Rusiya əsgərləri öz torpaqlarına çəkilməlidir. Bu, müharibənin dayanması nöqtəsi olacaq və onu bitirmək üçün diplomatik platformanın yaradılması başlanacaq", - prezident deyib..

Onun sözlərinə görə, ən başlıcası "rusiyalıların getməli olduğudur".

Zelenski deyib ki, o, Çin, Afrika liderləri və başqaları ilə vasitəçilik barədə danışıqlar aparıb.

"Biz Rusiyadan başqa, istənilən səsləri, o cümlədən Braziliya, ABŞ, Çin, Afrikanən səsini dinləməyə hazırıq. Biz onları öz sülh düsturumuza cəlb edirik. Buzim 10 bəndimiz qüvvədə qalmaq şərtilə onlar da təkliflər verə bilər. Lakin bütün bunlar həmin başlıca ideyaya əsaslanmalıdır", - o, əlavə edib.

Rusiya ilə danışıqların detalları

Bundan öncə xəbər verilib ki, ABŞ və Avropa İttifaqı nümayəndələri Ukrayna ilə sülh danışıqlarının aparılmasının mümkünlüyünü müzakirə etməyə başlayıb.

Qeyd edilib ki, sülh danışıqları haqqında aktiv və təcili diskusiyaların başlanmasınadək Ukraynanın, ehtimal ki, ilin sonuna və ya bir qədər çox zamanı olacaq.

ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiya ilə istənilən sülh danışıqları üzrə Ukrayna ilə danışıqların aparılması barədə məlumatı yoxdur və istənilən danışıqların Ukraynanın işi olduğu vurğulanıb.

Share on Facebook