Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başlayıb

Bu gün saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb.

Müsabiqə qaydalarına əsasən iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdirilib.

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunan şəhid ailələrinin üzvləri şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Share on Facebook