Moskvada polislərə silahlı müqavimət: ölən var

20:18

Rusiyanın paytaxtı Moskvada iki polis əməkdaşına hücum edilib.

Sozcu.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarından biri ölüb, ikincisi reanimasiyadadır.

***

Polislərə hücum Moskva yaxınlığında narkotacirlərin yaxalanması əməliyyatı zamanı baş verib.

Bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk deyib.

O bildirib ki, yaxalanma zamanı cinayətkarlar silahlı müqavimət göstəriblər:

“Cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi və tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir”.

Share on Facebook