Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yeni anti-terror əməliyyatı keçirib.
"Report" “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının “rəhbər şəxsi” Saad Ali Bedel məhv edilib.
Məlumata görə, o, qruplaşmanın Sincar bölgəsinin “hərbi rəhbəri” olub.