Güney Azərbaycanın Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi 91 gün azadlıqdan məhrum edilib.
Cinayət Məhkəməsinin 101-ci bölməsinin çıxardığı həbs qərarında milli fəalın "ictimai rəyi təhrik etmək üçün yalan məlumatlar yaymaq"da günahlandırıldığı bildirilib.
Bundan əvvəl iyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib.
Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.