Messinin evini qarət etmək istədilər

2 nəfər şəxs PSJ-nin hücumçusu Lionel Messinin Barselonadakı evinə girməyə cəhd edib.

Sozcu.az xəbər verir ki, hadisə aprelin 5-də baş verib. Polis artıq Messinin evinə gələndə cinayətkarlar qaçıblar. Onlar evə girə bilməyiblər.

Qeyd edək ki, 35 yaşlı hücumçu 2021-ci ilin yayından Fransa təmsilçisində oynayır. Argentinalı ilə parislilər arasında mövcud müqavilə 2022/23 mövsümünün sonuna kimi hesablanıb. Forvardın PSJ ilə sözləşməsi başa çatdıqdan sonra sabiq kluu "Barselona"ya qayıdacağı bildirilir. Messi bu mövsüm PSJ-nin heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib.

Share on Facebook