PSJ-nin futbolçusu Lionel Messi klubu ilə müqaviləni yeniləmək üçün maaşını azaltmaq fikrində deyil.
Sozcu.az-ın "Goal"a istinadən xəbər verir ki, argentinalı hücumçu bununla bağlı öz mövqeyini komanda rəhbərliyinə izah edib. Bildirilib ki, 35 yaşlı oyunçunun hazırkı maaşını saxlamaq və ya artırmaq üçün Paris təmsilçisi maaş fondunu demək olar ki, 30 faiz azaltmalıdır.
Qeyd edək ki, Messi bu mövsüm PSJ-də 32 oyunda 18 qol vurub və 17 qolun ötürməsini verib. Onun klubla müqaviləsi bu ilin iyununda başa çatır.