"Mən müharibəni müharibə adlandırıram və Putinin onu uduzacağını deyirəm..."
Tanınmış politoloq, hazırda İsraildə yaşayan Abbas Qallyamov Rusiya hakimiyyətinin onu nədə ittiham etdiyini hələlik bilmədiyini bəyan edib.
Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
Xəbər verildiyi kimi, Qallyamov "cinayət maddəsi ilə" (konktret göstərilmir) axtarışda olan qismində məlumatlar bazasına daxil edilib.
2002-2008-ci illərdə Qallyamov Rusiya prezidenti yanında Başqırdıstan nümayəndəsinin müavini vəzifəsində olub.
2008-2010-cu illərdə Rusiya prezidentinin çıxışlarının hazırlanması üzrə Departamentdə işləyib və Rusiyanın o zamankı baş naziri Vladimir Putinin nitqlərini tərtib edib.
2010-2014-cü illərdə Başqırdıstan prezidenti
administrasiyasının rəhbəri Rüstəm Xamitovun müavini işləyib.
Politoloqun özü jurnalistlərə məlumat verib ki, "cinayət maddəsi" ilə bağlı heç bir bildiriş və ya çağırış vərəqəsi almayıb.
O, güman edib ki, cinayət işi Rusiyada dəbdə olan "Rusiysa Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması haqqında" maddəsi ilə açıla bilər.
Avqust ayında Abbas Qallyamov ilə KİV-lərdə dərc edilən müsahibəsində o, güman edib ki, Putin elə bir davaya girişib ki, oradan qalib çıxmaq mümkün deyil.