Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozub təxribata cəhd edərkən məhv edilən iki erməni hərbçisi “Yerkrapa” könüllülər birliyinin üzvü olub.
Sozcu.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.
Qeyd edək ki, “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən erməni hərbçilərini (terrorçuları - red.) birləşdirən ittifaqdır.
Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Nəticədə iki erməni əsgər məhv edilib, yaralılar var.axar