Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azad Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.
İttiahama görə, hadisə 13 fevral 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Digah qəsəbəsindəki dayanacaqda yerləşən köşkün qarşısında qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Azad Əliyev həmkəndlisi, zərərçəkmiş Elvin Qafarovla (soyadı şərti) söhbət edən zaman onun içdiyi energetik içkinin ödənişini etməsini istəyib. Lakin zərərçəkmiş onun dediyini etməyib. Bu zaman Azad Elvinin sifətinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona bədən xəsarətləri yetirib.
Daha sonra Elvin Qafarov hüquq-mühafizə orqanlarına müraciət edib.
Polis əməkdaşları tərəfindən saxlanılan Azad Əliyevin barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə Azad Əliyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, əvvəllər də məhkumluq həyatı yaşayıb.