Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan haqqında həbs qərarı verib.
Sozcu.az bildirir ki, bu barədə AFP agentliyi Xanın vəkillərinə istinadən məlumat yayıb.
Sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub.
Qeyd edək ki, İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir.